Türkiyə Suriyada xüsusi əməliyyat keçirib | VİDEO

   Türkiyə Suriyada xüsusi əməliyyat keçirib    | VİDEO
  25 İyul 2025    Oxunub:556
Beynəlxalq koalisiya qüvvələri Türkiyə Silahlı qüvvələri və Suriyanın Müdafiə və Daxili İşlər nazirlikləri ilə birlikdə Hələbin şərqindəki Əl-Bab şəhərində əməliyyat keçiriblər.
AzVision.az xəbər verir ki, təhlükəsizlik strukturlarındakı mənbəyə istinad edən “Əl-Cəzirə” telekanalının yaydığı məlumata görə, əməliyyat Suriya Daxili İşlər nazirliyinin bölmələrinin iştirakı ilə təşkil edilib. Xüsusi əməliyyatın təfərrüatları rəsmi olaraq açıqlanmayıb.

“Əməliyyatın əsas mərhələsi Əl-Bab şəhərində baş tutub. Burada Türkiyə tərəfinin hava dəstəyi ilə koalisiya qüvvələri və Suriya ordusu hədəfli eniş həyata keçirib. Reyd zamanı 4 yaraqlı məhv edilib, İŞİD-in yüksək rütbəli komandiri və onun bir neçə mühafizəçisi saxlanılıb”, - “Sham News” telekanalı bildirib.



Əməliyyat başa çatdıqdan sonra hava limanına doğru hərəkət edən ərazidə hərbi əməliyyatlarla əlaqəsi ehtimal olunan 30 maşından ibarət karvan görünüb.

Əl-Babdakı əməliyyat son ayların ən böyük əməliyyatlarından biri və Suriyanın şimalında İŞİD-in komandanlıq qərargahının qalıqlarının məhvi üzrə davam edən kampaniyanın tərkib hissəsi olub.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   Suriya   əməliyyat  



Xəbər lenti